Duration 12:31

Minlərlə insan küçələrə axışdı Şəhidlər ölməz Vətən bölünməz

887 watched
0
31
Published 15 Jul 2020

https://www.instagram.com/omarqurbanov34/ ►Kanalımıza Abunə Olun Əziz Dostlar /channel/UCP-ErjcuQyLA2iqVPzVOgkQ?view_as=subscriber ►Elçin Alıoğlu bildirib ki, Azərbaycan Ordusunun Tovuz istiqamətində ermənilərin hücumunun qarşısını alması və düşmənin ağır itkilərə məruz qoyması Ermənistanda şok effekti yaradıb. “Tonoyan və digər erməni rəsmilərinin tənqid və təhqir olunmasına səbəb isə Tovuzdakı insident zamanı ölən erməni hərbçilərin sayının gizlədilməsi və ümumiyyətlə, tələfatla bağlı məlumat verilməməsidir”, - E.Alıoğlu bildirib. Jurnalistin sözlərinə görə, erməni hərbi ekspertlər insidentdə Ermənistanın 19 hərbçisinin öldüyünü, 28-nin yaralandığını deyiblər. Bununla belə, Ermənistan tərəfi itkiləri ilə bağlı hələlik rəsmi məlumat yaymayıb. Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb. Ermənilər isə sosial şəbəkələrdə etibarlı mənbələrə istinad edərək, 30-a qədər erməni əsgərin öldüyü, onlarla yaralının olduğunu yazıblar. İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Tovuz rayonunda sərhəd xəttindəki mövqelərinə artilleriya qurğularından atəşə tutub. Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, erməni generallarına məlum olmayan səbəblərə görə, saat 12:30 radələrində "UAZ" markalı avtomobildə olan Azərbaycan hərbçiləri Ermənistanın dövlət sərhədini pozmağa cəhd göstəriblər, Ermənistan tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri avtomobili Ermənistan mövqelərinə yaxın yerdə qoyaraq geri çəkiliblər və daha sonra saat 13:45 radələrində artilleriya atəşinə başlayıblar.Azərbaycan tərəfi bunu inkar edərək bildirib ki, Azərbaycan Ordusu elan olunmamış müharibə şəraitində olduğu Ermənistanın dövlət sərhəddini keçmək istəsəydi, bunu avtomobillərdə yox, zirehli maşınlarda edərdi. 12 iyulda Azərbaycan tərəfi Ermənistan tərəfdən zirehli texnika və canlı qüvvələrin yerdəyişmələrin müşahidə etdi. Bu, artilleriyadan istifadə olunan hücumun əvvəlcədən hazırlandığının sübutu kimi göstərilir.Döyüşlər Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başlayıb.Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb.Döyüşün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub, 5 nəfər yaralanıb. Həmçinin Azərbaycan Müdafiə Nazirliyindəki mənbələrdən verilən məlumata görə, döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib.Azərbaycan ordusunun yaralı əsgərlərindən biri daha sonra aldığı yaralardan dünyasını dəyişibAzərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Azərbaycan tərəfinin məlumatına görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Azərbaycan Müdafiə Nazirliyi düşmənə qarşı cəza tədbirləri həyata keçirildiyini, qarşı tərəfin itkiləri barədə məlumatları gizlətdiyini deyib.İyulun 13-də Tovuz istiqamətində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında artilleriya qurğuları yenidən işə düşüb, tərəflər bir-birinə qarşılıqlı zərbələr endiriblər. Ermənistan kütləvi informasiya vasitələrində Ermənistan hərbi bölmələrinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumat yaysalar da, Azərbaycan Müdafiə Nazirliyi yayılan məlumatları təkzib edib və heç bir ərazi itkisinin olmadığını, mövqelərin əvvəlki qaydada qaldığını bildirib. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutub. #şəhidlərölməz #vətənbölünməz #bakıdaizdiham

Category

Show more

Comments - 1